Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniya futbol milli komandasında növbəti çağırış öncəsi əsas müzakirələrdən biri mərkəz hücumçusu mövqeyi ilə bağlıdır.
İdman.Biz xəbər verir ki, “AS” nəşri Luis de la Fuente üçün üç əsas namizədi önə çıxarıb: Serxio Kamelyo, Karlos Espi və Roberto Fernandes. Borxa İqlesias zədədən sonra hələ də əvvəlki davamlılığını bərpa edə bilmədiyi üçün baş məşqçi yeni “9 nömrə” axtarışındadır.
“Rayo Valyekano”nun hücumçusu Serxio Kamelyo hazırda La Liqada Rafinyadan sonra ikinci ən məhsuldar futbolçudur. Onun üstünlüklərindən biri De la Fuente ilə aşağı yaş qruplarında daha əvvəl çalışmasıdır.
21 yaşlı Karlos Espi isə “Real Madrid”də Kilian Mbappe ilə rəqabət aparmasına baxmayaraq, qazandığı az oyun vaxtından səmərəli istifadə edib. “AS” onun bəzi matçların taleyini həll etdiyini və Joze Mourinyonun da gənc hücumçunu təriflədiyini vurğulayıb.
“Espanyol”un futbolçusu Roberto Fernandes isə üç namizəd arasında ən yüksək effektivliyi ilə seçilir. Hücumçu bu mövsüm keçirdiyi altı oyunda altı qol vurub.
İspaniya millisi UEFA Millətlər Liqasında qarşıdakı oyunlarını İngiltərə və Xorvatiyaya qarşı keçirəcək.