İspaniya millisində zədə səbəbindən dəyişiklik

08.10.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya milli komandasının heyətində dəyişiklik edilib. 

QOL.az xəbər verir ki, “Real”ın müdafiəçisi Din Heysen zədələndiyi üçün yığmanın düşərgəsini tərk edib. 

Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 20 yaşlı müdafiəçinin əvəzinə “Atletik”dən Aymerik Laportun çağırıldığı bildirilib.

Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanı qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью