İspaniya millisindən rekord: Komanda tarixinin ən yaxşı ili oldu

19.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya millisi 2024-cü ildə rəsmi və yoldaşlıq görüşləri çərçivəsində keçirdiyi 17 oyundan 14-də qalib gəlib.

Publika.az xəbər verir ki, bu da komanda tarixində mütləq rekorddur.

"Matadorlar" üçün ən yaxşı nəticə 2010-cu il olub. O zaman "Qırmızı Furia" yoldaşlıq görüşləri də daxil olmaqla 17 oyundan 13-də qalib gəlib (bir heç-heçə və üç məğlubiyyət). Bundan əlavə, həmin ildə ispanlar Cənubi Afrikada keçirilən dünya çempionatının qalibi olublar.

Qeyd edək ki, İspaniya millisi 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının qalibi olub. Millətlər Liqasında komanda 16 xal toplayaraq, ən yaxın izləyicisi olan Danimarka millisini 8 xal qabaqlayıb.

İspaniyanın 2024-cü ildəki yeganə məğlubiyyəti martın 23-də Kolumbiya ilə yoldaşlıq görüşündə (0:1) olub.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью