İspaniya millisinin daha bir üzvü Arsenal a keçir

25.04.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya millisinin üzvü Martin Subimendi İngiltərəyə yollanmağa yaxındır.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, “Real Sosyedad”ın yarımmüdafiəçisi üçün “Arsenal” hərəkətə keçib.

26 yaşlı futblçu artıq bir neçə ildir ki, Londonun klubunun maraq dairəsindədir.Qeyd edək ki, “Real Sosyedad”ın digər oyunçusu Mikel Merino ötən yay "Arsenal"a keçib.

Bu mövsüm San Sebastyan klubunun heyətində bütün turnirlərdə 43 oyun keçirən Subimendi, 2 qol vurubvə 2 asist edib.

Onun transfer qiyməti 60 milyon avrodur. 2020-ci ildən “Real Sosyedad”da oynayan futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью