İspaniya millisinin futbolçusu Nyukasl da

05.06.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Nyukasl" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub İspaniya U-19 millisinin və "Malaqa"nın yarımmüdafiəçisi Antonio Korderonu transfer edib.

Onun keçidi azad agent kimi baş tutub.

Orta xətt oyunçusunun klubu ilə müqaviləsi iyulun 1-də başa çatacaq. Ardınca Kordero "sağsağanlar"a qoşulacaq.

Futbolçunun viza məsələləri həllini tapandan sonra "Nyukasl" onu icarəyə götürəcək.

Qeyd edək ki, Antonio bu mövsüm Sequndada 39 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

İnzaqi üçün fantastik məbləğ: Səudiyyə Ərəbistanında sərvət qazanacaq Reynders üçün 50 milyon avro İnzaqi “Əl-Hilal”da - RƏSMİ Millimizin üzvü Türkiyə klubunu tərk edib İngiltərəli forvard “Çelsi”də - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью