İspaniya millisinin gənc ulduzundan tarixi nailiyyət

15.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İspaniya millisinin futbolçusu Lamin Yamal dünya futbolunda unikal rekorda imza atıb.

XQ xəbər verir ki, 19 yaşlı hücumçu bu tarixi nailiyyətə dünya çempionatının yarımfinal mərhələsində Fransa seçməsini məğlub etdikləri (2:0) qarşılaşmada müvəffəq olub. Gənc forvard karyerası ərzində dünya və Avropa çempionatlarında start heyətində meydana çıxdığı 12 matçın hamısında qələbə sevinci yaşayıb. O, futbol tarixində bu göstəriciyə imza atan ilk oyunçu olaraq adını tarixə yazdırıb. Xatırladaq ki, İspaniya millisi turnirin finalında İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq və çempionluq uğrunda həlledici oyun iyulun 19-da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью