İspaniya millisinin hücumçusu: Özümüzü heç kimdən yaxşı hesab etmirik

10.06.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal komandasının DÇ-2026-dakı şanslarından danışıb.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, 29 yaşlı forvard millisinin H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla görüşlərdəki şanslarından da bəhs edib:

“İnamlı və qətiyyətliyik. Özümüzü heç kimdən yaxşı hesab etmirik. Ayaqlarımız üzərində möhkəm dayanırıq, öz gücümüzə də inanırıq. Məşqçi həmişə bunu vurğulayır və düşünürəm ki, bu, iki il əvvəl Avropa çempionatındakı uğurlu çıxışımız üçün çox vacib idi. Özünə inanmalı, komanda yoldaşlarına etibar etməli və həm start heyətinin, həm də ehtiyatda oturanların komanda üçün əllərindən gələni edəcəyini unutmamalısan. Keçən dəfəki uğurumuzun açarı bu idi və bu, yenidən çox yaxşı işləyə bilər".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью