İspaniya millisinin müdafiəçisi Çelsi yə keçə bilər

29.10.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Komo"nun müdafiəçisi Xakobo Ramon karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

İtaliya klubu Ramonu yalnız bir halda sata bilər. Belə ki, onlar 21 yaşlı mərkəz müdafiəçisi üçün ən azı 50 milyon avro tələb edəcəklər.

Qeyd edək ki, "Komo" Xakobo Ramonu 2025-ci ilin yayında "Real"dan 2,5 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью