İspaniya millisinin sabiq futbolçusu qasırğadan zərər çəkmiş insanlara kömək edib AZƏRTAC

04.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

İspaniya millisinin sabiq futbolçusu Roberto Soldado təqdirəlayiq addım atıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı veteran hücumçu Valensiyadakı dağıdıcı qasırğadan zərər çəkmiş insanlara kömək edib. Keçmiş forvard üç il bu şəhərin eyniadlı komandasının formasını geyinib.

Qeyd edək ki, İspaniya millisində 12 oyun keçirmiş R. Soldado ölkəsində “Real Madrid”, “Xetafe”, Levante”, “Qranada”, İngiltərədə “Tottenhem” və Türkiyədə “Fənərbağça” komandalarında da oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью