İspaniya millisinin sabiq üzvü Boka Xuniors da RƏSMİ

17.01.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Atletik"in futbolçusu Ander Herrera karyerasını Argentinada davam etdirəcək.

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi "Boka Xuniors"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buenos-Ayres təmsilçisi Herrera ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Boka Xuniors" 35 yaşlı futbolçu üçün Bilbao klubuna təzminat ödəməyib.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayından "Atletik"də çıxış edirdi. İspaniya millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb. Təcrübəli orta xətt oyunçusu daha əvvəl "Saraqosa", "Mançester Yunayted" və PSJ-nin formasını geyinib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью