İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

16.12.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyalı müdafiəçi Serxio Reqilonun yeni klubunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçu "İnter Mayami" ilə anlaşıb. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
 

MLS çempionu təcrübəli sol cinah müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.


Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Serxio Reqilon ötən mövsüm "Tottenhem"də çıxış edib. O, yayda İngiltərə nəhəngindən ayrıldıqdan sonra klubsuz idi.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью