İspaniya millisinin ulduzu Barselona ya KEÇƏCƏK

07.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Siti" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını "Barselona"da davam etdirmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə futbolçunun agenti Pablo Barkero "El Larguero" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rodri qərarı barədə Madrid "Real"ını da şəxsən məlumatlandırıb.

""Real"a hörmət əlaməti olaraq, Rodri kluba "Barselona"ya keçmək qərarı verdiyini bildirib. "Real" bu prosesdə özünü qüsursuz apardı", – deyə Barkero qeyd edib.

Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, bu müddət ərzində 298 oyunda meydana çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью