İspaniya millisinin üzvü Barselona dan ayrılmayacaq

31.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezin yaxın zamanda Kataloniya klubundan ayrılmaq planı yoxdur.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı komandadakı mövqeyindən məmnundur və "Barselona" rəhbərliyi də onu əsas oyunçu hesab edir.

Əvvəllər katalonların maliyyə çətinlikləri səbəbindən Lopezi sata biləcəyi bildirilirdi.

Lakin Ferminin komandadan yaxın vaxtlarda ayrılmayacağı dəqiqləşib. Onun “Barselona” ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. Ferminin adı PSJ ilə hallanırdı.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью