İspaniya millisinin üzvü Fransada çıxış edə bilər

07.05.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Əl-Nəsr”in müdafiəçisi Aymerik Laport Avropaya qayıtmaqda israrlıdır.

Apasport.az xəbər verir ki, “Marsel” ispan futbolçu ilə yaxından maraqlıdır.

Bu barədə “Footmercato” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda Fransa klubunun rəsmiləri Aymeriklə bu barədə danışıqlar aparır.

“Marsel” Çempionlar Liqasına vəsiqə qazanarsa, yayda Laport bu klubun futbolçusu olacaq.

Xatırladaq ki, "Əl-Nəsr" Laportu 2023-cü ildə "Mançester Siti"dən 27,5 milyon avroya heyətinə qatmışdı.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm komandası ilə birgə çıxış etdiyi 30 rəsmi oyunda 5 qolla yadda qalıb. Onun komanda ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Xulian Alvarez: "Atletiko" üçün əla şeylər edəcəyinə inanıram" "Aston Villa" - "Tottenhem" oyununun tarixi dəyişdirilib "Çelsi"də mövsümün ən yaxşı futbolçusu bəlli olub “Mançester Yunayted” Onanaya əvəzləyici tapıb Ronaldonun oğlu milliyə çağırılıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью