İspaniya millisinin üzvü Marsel ə keçəcək

06.05.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əl-Nəsr”in müdafiəçisi Aymerik Laport Avropaya qayıtmaqda israrlıdır.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, “Marsel” ispan futbolçunun xidmətində maraqlıdır.

Hazırda Fransa klubunun rəsmiləri Aymeriklə bu barədə danışıqlar aparır.

“Marsel” Çempionlar Liqasına vəsiqə qazanarsa, yayda Laport bu klubun futbolçusu olacaq. 30 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Baskoniya”, “Atletik”(Bilbao), “Mançester Siti” klublarının formasını geyinib.

İspaniya millisinin üzvü 2021-ci ildən millidə çıxış edir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью