İspaniya millisinin üzvü “Qalatasaray”ın hədəfində

06.05.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Adama Traore ilə yaxından maraqlanır.

“Cimbom” rəhbərliyi mövsüm sonunda azad agent statusuna yiyələnəcək ispan oyunçu ilə artıq qarşıdakı həftə danışıqlara başlamaq niyyətindədir. Adamanın “Vest Hem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Barselona”nın yetirməsi və sabiq futbolçusudur. Bununla yanaşı, İspaniya millisinin üzvü “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” klublarında oynayıb.

Barkola PSJ-dən ayrılacaq? "Qızıl əlcək" mükafatının qalibi müəyyənləşib - ARDICIL 3-CÜ DƏFƏ Poqba Super Liqa yolunda Halkın yeni klubu bəlli olub - RƏSMİ "Bavariya" - PSJ matçı bu kanalda - TV AFİŞA
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью