Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İspaniyanın “Atletik” klubunun futbolçusu Niko Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Mançester Yunayted” 24 yaşlı vingeri transfer etmək niyyətindədir.
“Qırmızı şeytanlar” daha əvvəl bir neçə dəfə Bilbao təmsilçisi ilə danışıq aparsa da, razılıq əldə olunmayıb. “Manukinyanlar” qış fasiləsində yenidən cəhd edəcək.
Uilyams bu mövsüm 6 oyunda 1 qol vurub. O, İspaniya millisinin də üzvüdür.