İspaniya nəhəngi 18 yaşlı müdafiəçini istəyir Transfer məbləği də bəllidir

14.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Tottenhem"in futbolçusu Arçi Qrey karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "GiveMeSport" yayıb.

Onun xidmətində "Real Madrid"in maraqlı olduğu və hazırda tərəflərin danışıq apardığı vurğulanıb. "Kral klubu"nun 18 yaşlı müdafiəçi üçün təxminən 50 milyon avro ödəyə biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Qrey "Tottenhem"ə ötən ilin yayında "Lids"dən transfer olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью