İspaniya nəhəngi 20 yaşlı niderlandlını alır MƏBLƏĞ

06.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Niderlandın "AZ Alkmar" klubunun gənc yarımmüdafiəçisi Kes Smit karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır. 

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" maraqlıdır. 

Məlumata görə, İspaniya nəhəngi təmsilçisi 20 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etmək üçün 50 milyon avro ödəməyə hazırdır. Mənbə "kral klubu"nun sözügedən oyunçu ilə bağlı planlarını cari mövsümün sonunda həyata keçirməyi hədəflədiyini vurğulayıb.

Smit ilə İngiltərənin "Liverpul" və "Arsenal" klubları da maraqlanır.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью