İspaniya nəhəngi Bastonini bu qiymətə alır Razılıq əldə edildi

05.02.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnter"in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastonini karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin xidmətində "Barselona" maraqlıdır.

Kataloniya klubu arxa xətt oyunçusunu bu ilin yayında heyətinə qatmaq istəyir. "Blauqrana" artıq oyunçunun nümayəndələri ilə şifahi razılığa gəlib və bu transfer üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır. 

Bastoninin "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 28 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью