İspaniya nəhəngi Dimarko ilə maraqlanır

27.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milan "İnter"inin və İtaliya millisinin müdafiəçisi Federiko Dimarko karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Xəbərə görə, onun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə "Kral klubu"nun "Bayern Münhen"dən Alfonso Devisi ala bilməyəcəyi təqdirdə, məhz Dimarkonu transfer etməyə çalışacağını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "İnter" forması ilə 19 matça çıxan Federiko 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı futbolçunun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью