İspaniya nəhəngi Keyn üçün hərəkətə keçdi

29.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İngiltərə millisinin kapitanı Harri Keyn karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail"in insayderi Kreyq Houp yayıb.

Məlumata görə, onun xidmətində maraqlı olan "Barselona" ulduz hücumçunun mümkün transferini müzakirə etmək üçün onun yaxın ətrafı ilə əlaqə saxlayıb. Kataloniya təmsilçisinin hazırda davam edən dünya çempionatından sonra Keynin klubuna - "Bayern Münhen"ə müraciət ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, Keyn cari mövsüm klub və yığma forması ilə 70 qol vuraraq portuqaliyalı superulduz Kriştianu Ronaldunun (69 qol) 2011/2012 "futbol ili"ndə imza atdığı nəticəni geridə qoyub. Bir mövsüm ərzində klub və yığmada ən çox qol vurmağı bacaran oyunçu isə Lionel Messidir. Messi 2011/2012 mövsümündə 82 dəfə rəqib qapılarını dəqiq nişan alıb.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью