İspaniya nəhəngi Liverpulda heyətə düşməyən Kyezanı aparır

29.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Liverpul"un cinah hücumçusu Federiko Kyeza kareyrasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış inayder Ekrem Konur yayıb.

Xəbərə görə, italiyalı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə paytaxt təmsilçisinin "Liverpul"da heyətə düşməyən 27 yaşlı oyunçunu gələn ay icarəyə götürmək niyyətində olduğunu açıqlayıb. Məlumatda Kyezanı icarə əsasında sıralarına cəlb etmək variantını nəzərdən keçirən İtaliya klublarının da adları açıqlanıb. Bunlar "Napoli", "Yuventus" və "İnter"dir.

Xatırladaq ki, "qırmızılar" Kyezanı bu ilin yayında "Yuventus"dan transfer ediblər. Mersisaydlıların forması ilə bütün turnirlərdə cəmi 4 matça çıxan vinger ümumilikdə 123 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Liverpul" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью