İspaniya nəhəngi Liverpulun 2 oyunçusunu pulsuz ələ keçirir

24.12.2024

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid" klubu bu mövsüm bitdikdən sonra "Liverpul"un iki əsas oyunçusunu bir anda almağa cəhd edəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "Defensa Central" yayıb. 

Mənbənin məlumatına görə, "Kral klubu" növbəti yay transfer pəncərəsində niderlandlı Vircil van Deyk və ingilis Trent Alexander-Arnoldu heyətinə cəlb etməyi planlaşdırır. Hər iki futbolçu bu mövsüm bitdikdən sonra azad agent olacaq və "Real Madrid"ə pulsuz keçə biləcək. 

Qeyd edək ki, müdafiəçilər hələlik "Liverpul"la yeni müqavilələr barədə razılığa gələ bilmirlər. 

Vircil van Deyk bu mövsüm "qırmızılar"ın heyətində Premyer Liqada 16 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Trent Alexander-Arnold isə 15 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью