İspaniya nəhəngi MYnin futbolçusunu istəyir

02.12.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Mançester Yunayted"in və Portuqaliya millisinin müdafiəçisi Dioqu Dalo karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.

Xəbərə görə, 25 yaşlı arxa xətt oyunçusunun xidmətində "Real Madrid" maraqlıdır.

Cari mövsüm Dalo "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 21 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, sözügedən futbolçu 2023/2024 mövsümündə "Mançester Yunayted"in oyunçuları arasında keçirilən səsvermədə komandanın ən yaxşı futbolçusu seçilib.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью