İspaniya nəhəngi Osimhen üçün 100 milyonluq təklifə hazırlaşır

26.11.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real Madrid” qış transfer pəncərəsi üçün hücum xəttini gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, Madrid klubu Nigeriya millisinin və “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen üçün 100 milyon avroluq rəsmi təklif hazırlayır.

Məlumatı “Fichajes” nəşri yayıb.

Xəbərdə bildirilir ki, “Real Madrid” Kilyan Mbappenin yayda komandadan ayrılma ehtimalını nəzərə alaraq elit səviyyəli hücumçu transferini prioritetə çevirib. Klub rəhbərliyi Osimhenin fiziki gücünü, sürətini və yüksək qol qabiliyyətini komanda üçün ideal uyğunluq kimi görür.

Madrid klubunun yaxın günlərdə rəsmi addım atacağı gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью