İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi

15.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi

“Barselona” və Madrid “Real”ı “Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porronu hədəfə alıb. Artıq vasitəçilər hər iki klubla danışıqlar aparıblar.

QOL.az xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, London klubu 27 yaşlı futbolçunu ən azı 75 milyon funt sterlinqə (təxminən 90 milyon avro) satmağa hazırdır. İspaniyalı müdafiəçinin özü də “Barselona”ya və ya “Real”a keçməkdə maraqlıdır.

Qeyd edək ki, Porro bu mövsüm bütün turnirlərdə 4 oyunda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью