Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
İspaniya Kino Akademiyası "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasında “Oskar” mükafatına namizəd olaraq "La bola negra" (“Qara kürə”) ekran işini seçib.
Kulis.az xəbər verir ki, Xavyer Kalvo və Xavyer Ambrossinin rejissorluğu ilə ərsəyə gələn film İspaniya vətəndaş müharibəsi dövründə yolları kəsişən üç homoseksual şəxsin hekayəsindən və Federiko Qarsiya Lorkanın həyatından bəhs edir.
Kann Film Festivalında "Ən yaxşı rejissor" mükafatını qazanan filmin aktyor heyətində Penelopa Kruz, Qlenn Klouz və Migel Bernardeau yer alıb.
Qeyd edək ki, “Oskar” namizədlərinin yekun siyahısı dekabrın 15-də açıqlanacaq.