Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya paytaxtının mərkəzində ölkənin mənzil böhranına qarşı etiraz aksiyası çərçivəsində təxminən 500 çadır qurulub.
Newscenter.az xəbər verir ki, bu barədə EFE məlumaat yayıb. Məlumata görə , Madridin əsas görməli yerlərindən biri olan Puerta del Solda təxminən 1000 nəfər qalıb. Gecə insidentsiz keçib.
İnsanlar 26 sentyabrda Madriddə keçirilən nümayişdən sonra çadırlar qurmağa başlayıblar. Mitinq 70 il yaşadıqdan sonra kirayə evini tərk etmək məcburiyyətində qalan yaşlı bir qadının evdən çıxarılmasından sonra təşkil edilib. Etirazçılar həmçinin mənzil böhranının qarşısını almaq üçün təsirli tədbirlər tələbi irəli sürüblər.
Qeyd edək ki, son illərdə İspaniyada mənzil əldə etmək qiymətlərin artması fonunda xeyli çətinləşib. Məlumata görə, ev almaq pandemiyadan əvvəlki ilə müqayisədə təxminən 35% bahalaşıb, kirayə haqqı isə 43% artıb.
Anar