İspaniya, Portuqaliya, Fransa və Andorrada enerji problemi: milyonlarla insan işıqsız qalıb

28.04.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya, Portuqaliya, Fransa və Andorranın bir hissəsində elektrik enerjisində problem yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə milynlarla insan və iş yerləri problemlərlə üzləşiblər.

Məlumata görə, Madriddə işıqforlar, metro, hava limanları və digər sahələrdə də işıqlar sönüb: "Madrid və Barselona kimi böyük şəhərlərdə rabitə və nəqliyyat şəbəkələri, internet xidmətləri kəsilib, dəmir yolunda qatarların hərəkəti dayanıb"

Xəbərdə deyilir ki, oxşar hal Portuqaliya, Fransa və Andorrada da baş verib.

Tahir Şəlvəli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью