İspaniya qaranlığa qərq oldu Səbəblər məlum deyil KONKRET

28.04.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İspaniya, Fransa, Andorra və Portuqaliyanın böyük hissəsində elektrik enerjisi kəsilib. Svetoforlar da daxil olmaqla bir çox infrastrukturun fəaliyyəti iflic olub, metrolar boşaldılıb.

KONKRET.az xəbər verir ki, hadisənin səbəbi hələlik məlum deyil. İspaniyanın elektrik şəbəkəsi operatoru “Red Eléctrica” enerji təchizatını bərpa etmək üçün enerji şirkətləri ilə birgə işlədiyini açıqlayıb.

İspaniya mətbuatında yayılan məlumatlara görə, Sevilya, Barselona və Valensiya kimi böyük şəhərlər elektrik enerjisinin kəsilməsindən ciddi təsirlənib. Ölkə daxilində telefon rabitəsinin də pozulduğu bildirilir.

İspaniyanın milli dəmir yolu şirkəti “Renfe” elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkətini dayandırdığını açıqlayıb. Məlumata görə, hazırda heç bir qatar stansiyalardan yola düşə bilmir.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью