İspaniya qırıcıları rus təyyarələrinə görə havaya qaldırıldı

23.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İspaniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki “Eurofighter” qırıcısı Litva üzərində Rusiya təyyarələrinə görə havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Litva ordusunun saytında məlumat verilib.

Bildirilib ki, Rusiya təyyarələri 18 saniyə Litva hava məkanında olub.

Qeyd edək ki, İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter” qırıcısı NATO-nun hava-patrul missiyası çərçivəsində Litvadadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью