İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlandı

27.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın El-Yerro adasındakı La-Restinqadan təxminən 62 kilometr cənubda kiçik qayığın göyərtəsində 10 miqrantın meyiti aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dəniz Xilasetmə Xidmətinə istinadən İspaniya mediası məlumat yayıb.

Bundan əlavə, digər altı miqrant helikopterlə xəstəxanaya çatdırılıb. İnternet mağaza

Bu gün La-Restinqa limanına yan alan ilk qayıqda 111 nəfər, o cümlədən 4 qadın və 12 yetkinlik yaşına çatmayan şəxs olub. Seneqal, Qambiya və Qvineya-Konakridən olan miqrantlar Dakardan gəliblər.

Eyni zamanda, xidmətin məlumatına görə, Qran-Kanariya sahilinə 49 miqrant çıxarılıb. Miqrantlar şişmə qayıqla hərəkət ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью