525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın şərqindəki İbiza sahillərində xam neft daşıyan tanker batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1,2 milyon litr xam neft daşıyan Malta bayrağı altında üzən "Med Emre" gəmisi İspaniyanın cənubundakı Algeciras limanından yola düşüb. Gəmi Barselona limanına gedərkən İbizadan 25 dəniz mili şimal-şərqdə batıb.
Məlumata görə, gəmidəki 17 heyət üzvündən biri ölüb. Xilas edilən heyət üzvlərindən altısı xəstəxanaya yerləşdirilib və heç birinin vəziyyəti ağır deyil.
İbrahim Cəfərov