İspaniya səfirliyi də Ukraynadakı fəaliyyətini təcili dayandırdı

20.11.2024

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Hurriyyet.az xəbər verir ki, ABŞ-dan sonra İspaniyanın da Kiyevdəki səfirliyi təhlükəsizlik təhdidlərini nəzərə alaraq, öz fəaliyyətini dayandırdığını bəyan edib. 
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya qarşı güclü hava hücumu hazırladığı barəsində informasiya əldə edən ABŞ Kiyevdəki səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb və burada yaşayan vətəndaşlarına hava həyəcanı siqnalı verilən kimi sığınacaqlarda gizlənməyi tövsiyə edib. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin X şəbəkəsindəki səhifəsində verilib. Məlumatda hücumun 20 noyabr tarixində ediləcəyinin ehtimal olunduğu bildirilir.
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью