İspaniya Sülh Şurası na yox dedi

23.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın qlobal münaqişələrlə mübarizə məqsədilə qurduğu "Sülh Şurası" təşəbbüsünə qatılmayacaqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sançes bu qərarın İspaniyanın çoxtərəflilik prinsipinə və Birləşmiş Millətlər Təşkilatı sisteminə olan inamı ilə uyğunluq təşkil etdiyini ifadə edib.

Brüsseldəki Avropa Birliyi sammitindən sonra jurnalistlərə açıqlama verən İspaniya Baş naziri Pedro Sançes "Sülh Şurası"nda təmsil olunmayacaqlarını bildirib. Vaşinqtondan gələn təklifi geri çevirdiklərini bəyan edən ispan lider "Dəvət üçün təşəkkür edirik, lakin rədd edirik",- deyib.

Sançes Madridin imtina qərarının əsas səbəbləri kimi beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatına və çoxtərəfli diplomatiyaya olan bağlılıqlarını göstərib.

İspaniya Baş naziri Pedro Sançes, həmçinin Trampın yaratdığı strukturda Fələstin rəhbərliyinin yer almamasını da tənqid edib. O, bu vəziyyətin qərarlarına təsir edən amillərdən biri olduğunu qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью