Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya Superkuboku finalı əzəli rəqiblər "Barselona" və "Real Madrid" arasında gərgin mübarizə şəraitində keçib.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutan oyunda 5 qol vurulub.
Ötənilki finalda olduğu kimi, bu dəfə də katalonlar qalib gəliblər - 3:2.
"Barselona"dan Rafinya (36, 73) və Levandovski (45+4), "Real Madrid"dən Vinisius (45+2) və Qarsiya (45+6) fərqləniblər.
Xatırladaq ki, indiyədək İspaniya Superkubokuna ən çox (16) sahib olan məhz "Barselona"dır.