Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya Superkubokunun 2027-ci il oyunlarının cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, turnir tarixində ilk dəfə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Olimpiya Stadionunda keçiriləcək.
Turnirdə “Barselona”, “Real Madrid”, “Real Sosyedad” və “Atletiko Madrid” iştirak edəcək.
Yarımfinal oyunları fevralın 2-də və 3-də, final qarşılaşması isə fevralın 7-də baş tutacaq.
Qeyd edək ki, turnir 2027-ci il fevralın 2-dən 7-dək təşkil olunacaq.