Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
2027-ci ildə keçiriləcək İspaniya Superkubokunun oyun təqvimi və qarşılaşmaların təşkil olunacağı stadionlar müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnir fevralın 2-dən 6-dək Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Yarışda “Barselona”, “Real Madrid”, “Atletiko Madrid” və “Real Sosyedad” klubları mübarizə aparacaqlar.
Fevralın 2-də keçiriləcək ilk yarımfinalda “Barselona” “Atletiko Madrid”lə qarşılaşacaq. Görüş “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Çobani” stadionunda baş tutacaq.
Bir gün sonra “Real Sosyedad” və “Real Madrid” “Beşiktaş”ın “Tüpraş” stadionunda üz-üzə gələcəklər.
Fevralın 6-da keçiriləcək final qarşılaşmasına isə “Qalatasaray”ın stadionu – RAMS Park ev sahibliyi edəcək.
Qeyd edək ki, turnirin bütün oyunları Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniya Superkubokunun son qalibi “Barselona”dır.
İspaniya Superkuboku – 2027
Yarımfinal
2 fevral
23:00. “Barselona” – “Atletiko Madrid”
Stadion: “Çobani” (“Fənərbaxça”)
3 fevral
23:00. “Real Sosyedad” – “Real Madrid”
Stadion: “Tüpraş” (“Beşiktaş”)
Final
6 fevral
23:00. Yarımfinal qalibləri
Stadion: RAMS Park (“Qalatasaray”)