Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
2027-ci ildə keçiriləcək İspaniya Superkuboku turnirinin proqramı və ev sahibliyi edəcək stadionlar açıqlanıb.
Futbolpress.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası dördlük turnirinin Türkiyədə baş tutacağını rəsmən elan edib.
Superkubokun proqramı və məkanları:
2 fevral — I yarımfinal
“Barselona” – “Atletiko” (Madrid)
Oyun İstanbulda, “Fənərba]ça”nın təxminən 48 min azarkeş tutumuna malik ev stadionunda keçiriləcək.
3 fevral — II yarımfinal
Real Sosyedad – Real (Madrid)
Bu qarşılaşmaya “Beşiktaş”ın 42 minə yaxın tamaşaçı tutumu olan arenası ev sahibliyi edəcək.
6 fevral — Final
Turnirin həlledici titulu uğrunda matç “Qalatasaray”ın ev stadionunda baş tutacaq. Titulun sahibi 53 mindən çox azarkeş tutan bu möhtəşəm arenada müəyyənləşəcək.