İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək

13.08.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 avqust, AZƏRTAC

İspaniya Superkubokunun oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Turnir fevralın 2-dən 7-dək Atatürk Olimpiya Stadionunda təşkil olunacaq. Mövcud formata əsasən, turnirdə “Real Madrid”, “Barselona”, “Real Sosyedad” və “Atletiko Madrid” iştirak edəcəklər.

Yarımfinal mərhələsində rəqiblərinə qalib gələn iki komanda finalda qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью