Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İspaniya Superkuboku 2027-ci ilin fevral ayının əvvəlinə təxirə salınıb.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı həmin tarixlərdə Asiya Kubokuna ev sahibliyi edəcəyi üçün turnir bu ölkədə keçirilməyəcək. Bu səbəbdən İspaniya Kral Futbol Federasiyası (RFEF) Superkubok üçün yeni ev sahibi axtarışlarını davam etdirir.
RFEF prezidenti Rafael Lousanın sözlərinə görə, Superkubok həm idman, həm də maliyyə baxımdan İspaniya futbolu üçün böyük əhəmiyyət daşıyır. Onun məlumatına görə, turnir ölkənin futbol sisteminə təxminən 53 milyon avro gəlir qazandırır. Yeni ev sahibi ölkənin hansı meyarlarla seçiləcəyi isə hələlik açıqlanmayıb.