İspaniya Trampın BRICS ə üzvlüklə bağlı sözlərini ciddi qəbul etməlidir

01.02.2025

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya ABŞ prezidenti Donald Trampın BRİKS-ə üzvlüklə bağlı dediklərini ciddi qəbul etməlidir.

Doğru.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və İqtisadi Əlaqələr naziri Peter Szijarto El Debate qəzetinə müsahibəsində bildirib.

“Prezident Tramp ABŞ-ın prezidentidir, ona görə də mən sizə onun dediyi hər sözü ciddi qəbul etməyi məsləhət görərdim”, o, Trampın İspaniyanı xüsusi olaraq BRİKS-in üzvü adlandırıb- çağırmaması ilə bağlı suala cavab verib.

Bundan əvvəl Donald Tramp ilk fərmanların imzalanma mərasimi zamanı İspaniyanı BRİKS ölkəsi adlandırmışdı.

Madrid muxtar icmasının hökumət başçısı İzabel Diaz Ayuso Trampa İspaniyanın BRİKS-in üzvü olmadığını göstərməyə söz verib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью