Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasını təsdiqləyib. Tədarükün 2028-ci ildə başlaması və HÜRJET-lərin ən azı 30 il xidmət etməsi gözlənilir.
Oxu.Az "En Son Haber"ə istinadən məlumat verir ki, HÜRJET-in 300-cü sınaq uçuşu ötən həftə uğurla başa çatıb.
Türkiyə Quru Qoşunları Şurasından verilən məlumata görə, İspaniya ilə təxminən 3.12 milyard avro dəyərində müqavilə imzalanacaq. Pireney ölkəsi Türkiyədən 45 HÜRJET almağı planlaşdırır.