Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes münaqişənin dayandırılması ilə bağlı razılıq əldə olunarsa, Ukraynaya sülhməramlı qüvvələr kimi hərbçilərin göndərilməsinin mümkünlüyünü inkar etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Baş nazir bildirib ki, İspaniya həmişə müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə sadiqdir.
Baş nazir krallığın hərbi xərclərini ÜDM-in 2%-nə çatdırmamasına baxmayaraq, İspaniyanın NATO-nun etibarlı tərəfdaşı olduğunu da açıqlayıb.