Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniya və Fransanın fövqəladə xidmətləri yeni istilik dalğası başlamazdan əvvəl genişmiqyaslı meşə yanğınlarını lokallaşdırmaq üçün mübarizəni davam etdirirlər. XQ-nin "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, hər iki ölkənin rəsmi qurumları vəziyyətin kritik olduğunu bildirirlər.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bazar ertəsi və çərşənbə axşamının yanğınlarla mübarizədə həlledici günlər olacağını vurğulayıb. Ən mürəkkəb vəziyyət təxminən 50 min hektar ərazinin yandığı Avila əyalətində müşahidə olunur, ölkə üzrə yanğınların ümumi sahəsi isə 70 min hektara çatıb.
Fransada sinoptiklər havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Ən təhlükəli ocaqlar Jirond departamentində davam edir və burada artıq 42 min hektar ərazi yanıb. Fransanın daxili işlər naziri Loran Nünes alovun gözlənilməz şəkildə yayıldığını və lokal külək axınları yaratdığını bildirib. Bordoya səfər edən Prezident Emmanuel Makron isə ölkə sakinlərini dözümlü olmağa çağırıb. Rəsmi məlumata əsasən, ilin əvvəlindən bəri Fransada yanmış meşə və bitki örtüyünün sahəsi 116 min hektarı ötüb.