İspaniya və İtaliya sərhəd yoxlamalarını dayandırır

22.10.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya və İtaliya, Seuta şəhərindəki miqrasiya böhran səbəbindən ölkələrin tətbiq etdiyi qarşılıqlı sərhəd nəzarətinin ləğv edilməsi barədə razılığa gəliblər.

Avtosfer.az xəbər verir ki, bu razılaşma İtaliya və İspaniyanın daxili işlər nazirləri Matteo Piantedozi və Fernando Qrande-Marlaska arasında telefon danışığı zamanı əldə olunub.

İspaniya Daxili İşlər Nazirliyindəki mənbə hava və dəniz daşımaları sahəsində sərhəd nəzarətinin müddətinin uzadılmaması barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edək ki, iyulun 31-də Mərakeşdən olan on minlərlə qanunsuz miqrant İspaniyanın muxtar Seuta şəhərinə keçib, bunun nəticəsində də hakimiyyət şəhərə ordu göndərin. Bəziləri krallığın sərhədini üzərək keçməyə cəhd edib və boğulub. Bundan sonra İtaliya Şengen müqaviləsi çərçivəsində İspaniya ilə vizasız rejimin fəaliyyətini dayandırıb və sərhəd nəzarəti tətbiq edib. Buna cavab olaraq İspaniya tərəfi İtaliyaya qarşı analoji qərar qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью