İspaniya və Serbiya klubundan Azərbaycan millisinə dəvət

03.11.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 3-dən 8-dək  “Dalğa Arena” təlim-məşq mərkəzində təlim-məşq toplanışı keçəcək.

Sportal.az xəbər verir ki, daha sonra isə komandamız noyabrın 9-dan 18-dək Almaniyanın Frankfurt şəhərində 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək.

Millimiz noyabrın 11-də Almaniya, 14-də Şimali İrlandiya, 17-də isə Litva yığması ilə qarşılaşacaq.

1-ci oyun:
11 Noyabr. Saat 14:00 (Bakı vaxtı).
U17 Almaniya – U17 Azərbaycan
Stadion: "DFB Kampus"

2-ci oyun:
14 Noyabr. Saat 19:30 (Bakı vaxtı).
U17 Şimali İrlandiya – U17 Azərbaycan
Stadion: "DFB Kampus"

3-cü oyun:
17 Noyabr. Saat 14:00 (Bakı vaxtı).
U17 Azərbaycan – U17 Litva
Stadion: "Nidda-Sportfeld"

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:
 

Nr.  Adı / Soyadı Klub 1 Oqtay Mehrəliyev Qarabağ FK 2 Bilal Hacıyev Qarabağ FK 3 Ülvi Abbaslı Sumqayıt FK 4 Vaqif Nəbiyev Qarabağ FK 5 Cihad Sadıqov Sabah FK 6 Ruslan Quliyev Neftçi PFK 7 Turan Ramazanov Turan Tovuz PFK 8 Emil Quliyev Neftçi PFK 9 Yusif Nəbiyev Turan Tovuz PFK 10 Tunar Bayramov Qarabağ FK 11 Həmzə Tahirov Qəbələ İK 12 Vaqif Məmmədli Sabah FK 13 Nicat Əhmədzadə Marcet (İspaniya) 14 Əhəd Hacızadə Qarabağ FK 15 Yusif Orucəliyev Qarabağ FK 16 Cəfər Cəfərzadə Sabah FK 17 Şikar Şikar Neftçi PFK 18 Tunar Əsgərzadə Qarabağ FK 19 Renat Əliyev Neftçi PFK 20 Murad İsmayılov Qarabağ FK 21 Rəsul Balakişiyev İmişli PFK 22 Qafar Babayev Neftçi PFK 23 Nazim Əliyev Qrafiçar (Serbiya) 24 Yusif Quliyev Qarabağ FK 25 Ruslan Əbilov Sabah FK 26 Daniil Rəcəbov Qarabağ FK saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью