İspaniya və Yunanıstan səfirlikləri də Ukraynadakı fəaliyyətlərini təcili dayandırdılar

20.11.2024

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. 
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya qarşı güclü hava hücumu hazırladığı barəsində informasiya əldə edən ABŞ Kiyevdəki səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb və burada yaşayan vətəndaşlarına hava həyəcanı siqnalı verilən kimi sığınacaqlarda gizlənməyi tövsiyə edib. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin X şəbəkəsindəki səhifəsində verilib. Məlumatda hücumun 20 noyabr tarixində ediləcəyinin ehtimal olunduğu bildirilir.
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью