İspaniya XİN dən qanunsuz yollarla ölkəyə girmək istəyənlərə xəbərdarlıq

11.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəyə qanunsuz yollarla daxil olmağı planlaşdıran insanları bu addımdan imtina etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, nazir sosial şəbəkələrdə İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya avqustun 15-də yeni kütləvi qanunsuz keçid cəhdinin planlaşdırıldığı barədə məlumatların yayılmasından sonra belə bir çağırış edib.

“Hazırda Mərakeşdə və ya Afrikanın başqa yerlərində bu barədə yalan məlumatları oxuyan və ya eşidən hər kəsə birbaşa müraciət etmək istəyirəm. Uğursuzluğa məhkum belə bir macəra naminə həyatınızı, pulunuzu və gələcəyinizi riskə atmayın”, – deyə Albares bildirib.

Nazirin sözlərinə görə, Seuta və ya Melilya şəhərlərinə qanunsuz yollarla daxil olan şəxslər oradan nə İspaniyanın materik hissəsinə, nə də digər Avropa İttifaqı ölkələrinə keçə biləcəklər.

İyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə üzərək, həmçinin şəhəri Mərakeşdən ayıran bənddən keçərək Mərakeşlə sərhəddə yerləşən Seutaya daxil olmağa çalışıblar.

Miqrasiya böhranı fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçiləri də cəlb etmək qərarına gəlib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью